Onlayn ictimai-siyasi qəzet
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov və Ermənistan naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşü başa çatıb.
Bu barədə “Report”un Rusiya bürosu məlumat yayıb.
Xatırladaq ki, səfər çərçivəsində nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundunu keçirməyi planlaşdırıblar.
***
Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.
Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunur.
Qeyd edək ki, üçtərəfli danışıqlardan əvvəl C.Bayramovla S.Lavrov bir araya gəlib.
Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi ilə yanaşı, Moskva və Bakı arasındakı münasibətlər və regional məsələləri müzakirə ediblər./Report
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ