Onlayn ictimai-siyasi qəzet
Rusiya Almaniyanın Ukrayna üçün raketlərin uçuş məsafəsinə qoyduğu məhdudiyyətlərin götürülməsi ilə bağlı məlumatları yoxlayacaq.
Musavat.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov VGTRK-nın jurnalisti Pavel Zarubinə şərhində deyib:
"Əgər oxuduqlarımı düzgün başa düşdümsə, Almaniya kansleri Fridrix Merz mətbuat konfransında bildirib ki, o, əvvəldən Ukraynada hər hansı bir raket çeşidinin istehsalının maliyyələşdirilməsini nəzərdə tuturdu. Guya Almaniya raketlərinin tədarükü ilə bağlı söhbət yoxdur. Bunu yoxlamaq lazımdır. Hər ikisi gərginliyi artırır, müharibəni dəstəkləyir. Almaniya birbaşa bu müharibəyə cəlb olunur".
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Almaniyanı hədələyib, onun keçmişdə olduğu kimi məhvə doğru sürüşdüyünü iddia edib: "Ümid edirəm ki, bu ölkədəki məsuliyyətli siyasətçilər düzgün nəticə çıxaracaq və çılğınlığı dayandıracaqlar".
Musavat.com
30 May 2025
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ