İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Zəngəzur dəhlizi ilə bağlı Bakıya mesaj göndərdi – “Hərəkət gedir”

 Rusiya Baş nazirinin müavini Aleksey Overçuk gələn həftənin sonunda Azərbaycan nümayəndələri ilə Moskvada görüş keçirəcək.

Musavat.com xəbər verir ki, görüşün əsas mövzusu Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadasının aradan qaldırılması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı müzakirələr olacaq.

Overçuk açıqlamasında bildirib ki, gələn həftənin sonunda Azərbaycan tərəfi ilə görüşüm planlaşdırılıb:

"Biz həmin görüşdə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələlərini nəzərdən keçirəcəyik. Deməli, hərəkət gedir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR