İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva yaxınlığında miqrant geyiminə görə qızı döydü: “Məgər o, idmançı ola bilər?” - FOTO/VİDEO

Rusiyanın Moskva şəhəri yaxınlığında yerləşən Naxabino qəsəbəsində səhər qaçışına çıxan qız miqrant tərəfindən şiddətə məruz qalıb.

Aqressiv miqrant idman şortunda olan qızın qeyri-münasib geyindiyi düşünüb və elə bu səbəbdən də onu vurub.

Məlumata görə, 21 yaşlı Faina adlı qız uzun idman şortu və idman köynəyi ilə “Drujba” parkında qaçışa çıxıb. Bu zaman ona miqrant yaxınlaşıb və əlindən tutaraq şiddət göstərib. Daha sonra “Niyə belə görünürsən?”, - deyərək miqrant qızın üzünə vurub. Bundan sonra da o sakitləşməyib və iti addımlarla qızı təqib etməyə başlayıb.

Qızın dodağı partlayıb, üzü şişib. O döyüldüyü anları videoya çəkib və polisə müraciət edib. Hazırda miqrant saxlanılıb, onun deportasiya olunması gözlənilir. Lakin son məlumatlara görə, yanlış miqrant saxlanıldığı qeyd edilir. Fainaya hücum edən şəxsin axtarışları davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR