İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva və Kiyevə kritik səfər – Müharibəni dayandırmaq üçün...

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Çinin xüsusi nümayəndəsinin Ukrayna və Rusiyaya səfərinin vacib olduğunu bildirib.

ABŞ rəsmisi Pekinin Rusiyanın başlatdığı müharibənin dayandırılması ilə bağlı Kiyevin mövqeyini bilməli olduğunu deyib.

“Ukraynanın təhlükəsizlik narahatlıqlarına, eləcə də suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmağın nə üçün zəruri olduğunu bilavasitə Ukraynalı tərəfdaşlarımızdan eşitmək Çin üçün vacibdir”, - Patel vurğulayıb.

Onun sözlərinə görə, bu müharibənin bitməsini Ukraynadan çox heç kim istəmir.

Mayın 12-də Çinin xüsusi nümayəndəsi Li Huinin Pekinin Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçilik etmək niyyəti çərçivəsində Ukrayna, Rusiya və Avropa ölkələrinə səfər edəcəyi bildirilmişdi.

Li Hui mayın 16-17-də Ukraynada olacaq. Səfərin məqsədi Ukrayna böhranının siyasi yolla nizamlanmasıdır. O, Ukrayna və Rusiya ilə yanaşı, Polşa, Fransa və Almaniyaya da səfər etməlidir./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR