İnsanlara hürriyət, millətlərə istiqlal!

“Moskva İrəvanla Bakı arasında normallaşmaya kömək etməyə hazırdır”

“Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin bütün sahələrdə normallaşmasına kömək etməyə hazırdır”.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqları zamanı deyib.

“Biz Ermənistan və Azərbaycan arasında münasibətlərin bütün istiqamətlər üzrə normallaşdırılması üçün üç ölkənin liderləri tərəfindən 2020 və 2022-ci illərdə əldə edilmiş həmin üçtərəfli razılaşmaların inkişafı üçün lazımi yardımı göstərməyə hazırıq”, - nazir bildirib.

O vurğulayıb ki, Moskvanın nöqteyi-nəzərindən, bu razılaşmalar, xüsusilə regiondakı mövcud vəziyyət fonunda aktual olaraq qalır.

“Regional təhlükəsizlik bizim Cənubi Qafqaz istiqamətində hərəkətlərimizdə mühüm yer tutur”, - Lavrov əlavə edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR