İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva ilə İrəvan arasında qalmaqal böyüyür

"Erməni xalqı NATO-nun təsir dairəsinə düşməyəcək qədər müdrikdir". 

Musavat.com xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Biz NATO-nun təkcə Ukraynanı deyil, Rusiyanın digər qonşularını, həmçinin Ermənistanı da öz zərərli təsir dairəsinə cəlb etmək cəhdlərini görürük. Əminəm ki, Ermənistan cəmiyyətinin, erməni xalqının kifayət qədər müdrikliyi, uzaqgörənliyi, müasir beynəlxalq reallıqları obyektiv dərk etmə qabiliyyəti var ki, NATO-nun Ermənistanı öz tərəfinə çəkmək üçün bu cür təxribatçı, anti-Rusiya və anti-erməni cəhdlərini anlasın.

Biz heç kimə diktə etmirik, amma biz bildiririk ki, NATO ilə yaxınlaşma öz təhlükəsizliyini təmin etmək baxımından müsbət nəticə verməyəcək.

Əminəm ki, erməni xalqı, erməni cəmiyyəti hər şeyi mükəmməl başa düşür və Ermənistanın uzunmüddətli təhlükəsizlik maraqlarına cavab verən düzgün nəticələr çıxaracaq”, - Qaluzin vurğulayıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR