İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Çinə görə nüvə silahından istifadə etməyəcək, əks halda...

Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Heusgen Putinin nüvə silahından istifadə etməyəcəyi fikrini müdafiə edib.

Musavat.com xəbər verir ki, Heusgenin fikrincə, Rusiya lideri bunu edərsə, Çinin dəstəyini itirəcək.

2005-2017-ci illərdə Almaniyanın o zamankı kansleri Angela Merkelin təhlükəsizlik siyasəti üzrə müşaviri və 2017-2021-ci illərdə Almaniyanın BMT-dəki daimi nümayəndəsi vəzifələrində çalışmış Heusgen bildirib ki, Çin Rusiyaya nüvə silahından istifadə etməməsi ilə bağlı xəbərdarlıq edib:

"Belə olan halda Putin nüvə silahından istifadə etməyəcək, çünki bilir ki, ən mühüm tərəfdaşı olan Çin dəstəyini itirəcək. Çinsiz Putin tək olacaq. Ona görə də o, belə riskə gedə bilməyəcək”.

Heusgen qeyd edib ki, Putin nüvə bombasından istifadə etmək barədə hədəsi ilə Almaniya və Avropanı qorxutmaq istəyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR