Onlayn ictimai-siyasi qəzet
Monteneqroda törədilən silahlı terror nəticəsində ikisi uşaq olmaqla, 12 nəfər həlak olub.
Musavat.com xəbər verir ki, hadisə Çetinye şəhərində törədilib.
Məlumata görə, bir nəfər restoranda silahlı insident törədib.
İçəridəkilərə atəş açan şəxs daha sonra küçəyə çıxıb və yoldan keçənləri güllələyib.
Cinayəti törətdikdən sonra qaçan caninin şəxsiyyəti müəyyən edilib. Onun Ako Martinoviç olduğu üzə çıxıb. Bildirilir ki, daha sonra cani intihar edib.
Ölkə hakimiyyəti üç günlük matəm elan edib və bu qırğından sonra silah sahibi olmanın qadağan edilməsi imkanını da nəzərdən keçirir.
Musavat.com
05 Yanvar 2025
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ