Onlayn ictimai-siyasi qəzet
Monqolustan hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı ilə həbsindən imtina etməsini şərh edib. Onlar bu addımı ölkənin enerji asılılığı və siyasi neytrallığı ilə izah ediblər.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.
Rəsmilərin sözlərinə görə, Monqolustan neft məhsullarının 95 faizini, elektrik enerjisinin 20 faizindən çoxunu qonşu ölkələrdən idxal edir.
“Bu təchizatlar bizim yaşamağımız və xalqımızın sağ qalması üçün çox vacibdir. Monqolustan bütün diplomatik münasibətlərində həmişə neytrallıq siyasətini davam etdirib”, - deyə ölkə hökumətinin sözçüsü bildirib.
BCM-nin üzvü olmasına baxmayaraq, məhkəmənin qərarına əməl etməyən Monqolustan məsuliyyətə cəlb oluna bilər.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ