İnsanlara hürriyət, millətlərə istiqlal!

Molla rejimi ilə bağlı ŞOK AÇIQLAMA - İranla tərəfdaşlıq edən ölkələr...

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İran və Səudiyyə Ərəbistanının yaxınlaşması onun Ər-Riyad administrasiyası ilə münasibətlərinə “az” təsir göstərəcək.

Musavat.com ABŞ-ın CNBC kanalına istinadən xəbər verir ki, Netanyahunun sözlərinə görə, İran-Səudiyyə yaxınlaşmasının əsas məqsədi regionda, xüsusilə Yəməndə gərginliyi azaltmaqdır.

“Riyad İsraillə tərəfdaşlığın faydalarının fərqindədir” deyən Netanyahu İranla razılaşmanın səudiyyəlilərlə yaxınlaşmanı dayandırmayacağına diqqət çəkib.

“Mən düşünmürəm ki, Səudiyyə Ərəbistanı hökuməti kimin dost, kimin düşmən olması ilə bağlı yanılır. Onlar bilirlər ki, İsrail ərəb dünyası üçün təhlükəsizlik, rifah və sülhün bərqərar olmasında əvəzsiz tərəfdaşdır” - o deyib.

Netanyahu İranla tərəfdaşlıq edən ölkələrin səfalətlə ortaq olduğunu vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR