İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldovada Kişineu terror aktından sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Moldova hakimiyyəti Kişineu hava limanında baş vermiş terror aktından sonra ölkədə təhlükəsizlik tədbirlərini gücləndirib.

"Report" Moldova mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Dorin Reçan bildirib.

Dövlət qurumları səfərbər edilib və həyəcan siqnalı verilib.

Sərhəd polisinin rəhbəri Rosian Vasiloi də hava limanında əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb. O, bildirib ki, xidməti vəzifəsini yerinə yetirərkən həlak olan sərhədçi Sergey Muntyanın dəfni üçün bütün xərcləri polis öz üzərinə götürəcək. Ölən ikinci şəxs hava limanının təhlükəsizlik işçisi İqor Çofudur.

Xatırladaq ki, iyunun 30-da axşam saatlarında Kişinyov hava limanında atışma olub, iki nəfər həlak olub. Ölənlərdən biri sərhəd polisinin əməkdaşıdır.

Moldova prokurorluğu bir neçə nəfərin ölümünə səbəb olan terror aktı maddəsi ilə cinayət işi başladıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR