İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova MDB-dən çıxmaq üçün növbəti addımı atır

Moldova parlamentinin sədri İqor Qrosu ölkəsinin MDB Parlamentlərarası Assambleyasından çıxması təşəbbüsü ilə çıxış edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə brifinq zamanı bildirib.

“Mən Moldova Respublikasının MDB Parlamentlərarası Assambleyası haqqında sazişdən çıxması prosesinə başlamaq qərarına gəldim",-deyə spiker qeyd edib.

Parlament rəhbəri MDB strukturlarını Moldova üçün “yararsız” adlandırıb.

Onun sözlərinə görə, bu qərar ölkə vətəndaşları, hakim Fəaliyyət və Həmrəylik Partiyasının nümayəndələri, həmçinin prezident Maya Sandu ilə məsləhətləşmələrdən sonra qəbul edilib.

Xatırladaq ki, bu ilin may ayının 11-də Moldova parlamentinin rəhbəri İqor Qrosu “Mir” televiziya şirkətinin ölkədəki fəaliyyəti ilə bağlı sazişdən çıxdıqlarını bəyan edib. Moldovada altı ruspərəst telekanalın (RTR-Moldova, Moldovada birinci, NTV-Moldova, Akcent-TV, TV-6, Orhei-TV) lisenziyası dayandırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR