İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova bu həftə Almaniyadan “Piranya” zirehli transportyorlarının ilk partiyasını alacaq

Moldova ordusu bu həftə Almaniyadan “Piranya” zirehli transportyorlarının ilk partiyasını alacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Müdafiə Nazirliyi ilə Almaniya tərəfi arasında 2021-ci ilin oktyabrında imzalanmış müqavilə əsasında milli ordunun modernləşdirilməsi üçün texnikanın qəbulu həyata keçiriləcək", - nazirliyin məlumatında deyilir.

Orada ilk avtomobillərin ölkəyə yanvarın 10-da gələcəyi qeyd edilib.

Moldova hakimiyyəti 2023-cü ildə hərbi büdcəni 68% artıraraq 1,523 milyon leyə (89 milyon dollar) çatdırıb ki, bu da ÜDM-in təxminən 0,5%-i olacaq. Bundan əvvəl Moldova prezidenti Maya Sandu ABŞ, Aİ və NATO-nun respublikanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün yardımı artırdığını bildirib. Bu məqsədlər üçün 40 milyon avrodan çox vəsaitin ayrılacağı vəd edilib. Müdafiə Nazirliyinin məlumatına görə, Moldova ordusu artıq yüngül atıcı silahlar alır, həmçinin müasir mobil platformalar, rabitə vasitələri və pilotsuz təyyarələrin tədarükü nəzərdə tutulur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR