İnsanlara hürriyət, millətlərə istiqlal!

MN: "Qapanda təcili tibbi yardım maşınının vurulması ilə bağlı məlumat yalandır"

Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Qapan rayonu ərazisində guya təcili tibbi yardım maşınının vurulması ilə bağlı yayılan məlumat tamamilə yalandır və qarşı tərəfin təxribat xarakterli növbəti dezinformasiyasıdır.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən əks tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi olan legitim hərbi hədəflərinə qarşı yönəlib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR