Onlayn ictimai-siyasi qəzet
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Qareh bölgəsində PKK/KCK terror təşkilatının yüksək vəzifəli üzvü Kurtay Batmanı zərərsizləşdirib.
Musavat.com "Yeni Şafak"a istinadən xəbər verir ki, Nusrettin Dəmir ləqəbi ilə tanınan Kurtay Batman MİT-in sahə agentləri tərəfindən yaxından izlənilirdi.
Agentlər müəyyən ediblər ki, Dəmir PKK rəhbərliyinin əmri ilə digər silahlı şəxslərlə birlikdə Pençe-Kilit əməliyyat bölgəsində hücumlar hazırlayırdı.
Diqqətlə aparılmış planlaşdırmadan sonra, İraqın Qareh bölgəsində həyata keçirilən yüksək dəqiqlikli əməliyyatla Dəmir və tərəfdaşları zərərsizləşdirilib.
Musavat.com
30 Iyul 2025
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ