İnsanlara hürriyət, millətlərə istiqlal!

Misir Qəzza zolağı ilə sərhəddə minlərlə hərbşi yerləşdirib

Associated Press (AP) Misirin yüksək rütbəli kəşfiyyat rəsmisinə istinadən xəbər verir ki, Misir minlərlə əlavə təhlükəsizlik qüvvələrini yerləşdirərək Qəzza zolağı ilə sərhədini möhkəmləndirib. Agentlik görülən tədbirləri “görünməmiş” adlandırıb.

AP-nin həmsöhbətinin sözlərinə görə, İsrailin Qəzza zolağında potensial quru əməliyyatı “böyük səhv” olardı. O vurğulayıb ki, Misir belə bir əməliyyatın qarşısını almaq və hərbi əməliyyatları dayandırmaq üçün İsrailin müttəfiqləri, o cümlədən ABŞ və Avropa dövlətləri ilə gecə-gündüz işləyir.

Nəşrin mənbəsi qeyd edib ki, bu ölkələr anklavda təhlükəsizlik zonası yaratmaq və Rəfah şəhərindəki keçid məntəqəsi vasitəsilə humanitar yardımın çatdırılmasına zəmanət vermək təklifi ilə çıxış ediblər. Eyni zamanda, agentlik İsrailin müvafiq təklifə hələ də cavab vermədiyini bildirib

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR