Onlayn ictimai-siyasi qəzet
Müxalif “Ermənistan” fraksiyasının üzvü Kristine Vardanyan, Anna Qriqoryan, Qeqam Manukyan və Artur Xaçatryan hökuməti və Xarici İşlər Nazirliyini məhkəməyə verib.
Musavat.com xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
“Biz tələb etdik ki, Ermənistan xarici işlər nazirinin 2024-cü il martın 14-də Azərbaycanla müzakirə olunan saziş layihələri ilə tanış olmağımızla bağlı qoyulan qadağalar götürülsün”, - deyə müraciətdə bildirilir.
Hakim Robert Makeyanın sədrliyi ilə keçirilən məhkəmə iddianı qəbul edib. İlkin məhkəmə baxışı 2025-ci il yanvarın 14-nə təyin edilib.
Musavat.com
23 Yanvar 2025
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ