İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyandan dəmir yolu açıqlaması

 

Ermənistan Gümrü-Qars və Yerasx (Arazdəyən) -Naxçıvan dəmir yollarını bərpa etməyə hazırdır.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirilən dənizə çıxışı olmayan ölkələrin nazirlərinin görüşündə deyib. Nazir Nikol Paşinyanın təqdim etdiyi “Dünyanın kəsişməsi” layihəsinə toxunaraq bildirib ki, Ermənistan uzun illər blokadada olan ölkə kimi regionda beynəlxalq standartlara uyğun kommunikasiyaların açılmasında və dövlətlərin suverenliyinə tam hörmətlə yanaşmada həyati maraqlıdır.

Ermənistan XİN başçısı Gümrü-Qars, Hrazdan (Dərəçiçək) - Qafan, Nrnadzor (Lökqala) - Əkərək, Arazdəyən - Naxçıvan sərhəd dəmir yollarının bərpasına hazır olduğunu vurğulayıb. Nazir qeyd edib ki, “Dünyanın kəsişməsi” digər logistik layihələrə rəqib deyil, lakin onları tamamlamaq məqsədi daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR