Onlayn ictimai-siyasi qəzet
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayenlə görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, O`Brayen ikitərəfli münasibətləri və Azərbaycanla danışıqlar prosesini bu ölkənin hakimiyyət orqanları ilə müzakirə etmək üçün bazar ertəsi İrəvana üç günlük səfərə gəlib.
Mirzoyanla görüşdən sonra Ermənistan və ABŞ arasında Strateji dialoqun yekun görüşü baş tutacaq.
Mənbə: "Sputnik" Ermənistan
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ