İnsanlara hürriyət, millətlərə istiqlal!

"Miqrantlara quldurcasına hücum" - Kadırov Moskvada baş verənləri belə qiymətləndirib

Kotelnikidə miqrasiya reydləri davam edir: ibadət edənlərin sənədləri yoxlanılır, təhlükəsizlik qüvvələri müsəlmanların ibadət otaqlarına soxulurlar. May ayında yerli sakinlərin miqrant axını ilə bağlı müraciətindən sonra artıq 150-yə yaxın insan Rusiyadan deportasiyaya məruz qalıb. İcma nümayəndələrinin sözlərinə görə, yoxlamalar birbaşa namaz zamanı kobud şəkildə aparılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, iyulun 7-də xüsusi təyinatlı polis dəstəsi cümə namazı vaxtı Dzerjinski şossesində yerləşən müsəlman mərkəzinə daxil olublar. Basqın müsəlman icması üzvlərinin ibadət etdiyi vaxt baş verib və təhlükəsizlik qüvvələrinin gəlişi onlar üçün tamamilə sürpriz olub. İcma nümayəndələri videomüraciətlərində təhlükəsizlik qüvvələrinin özlərini kobud, sanki “xüsusən təhlükəli cinayətkarları” saxlamağa gəlibmişlər kimi aparıblar, dindarların namazlarını tamamlamasına imkan verməyiblər.

Xüsusi təyinatlıların binaya necə soxulduqlarını əks etdirən videogörüntülər internetdə aktiv şəkildə yayılmağa başlayıb və geniş əks-səda doğurub.

Kotelnikov müsəlman icmasının nümayəndələri prezident Vladimir Putinə müraciət edərək onları hüquq-mühafizə orqanlarının “qeyri-qanuni” əməllərindən qorumaq xahişi ediblər, bildiriblər ki, onların hərəkətləri “millətlərarası və dinlərarası sülhə” ciddi ziyan vurur.

İyulun 14-də təhlükəsizlik qüvvələri sənədləri yoxlamaq üçün Dzerjinski şossesisindəki məscidə gəliblər. Onların məscidə ayaqqabı ilə daxil olması ibadət edənlərin narazılığına səbəb olub. Müsəlmanlardan biri Daxili İşlər Nazirliyinin əməkdaşına toxunmaq istəsə də, onu kəskin şəkildə itələyiblər.

Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn öz növbəsində bildirib ki, milli qvardiyanın digər bölmələri kimi XTPD zabitlərinin də basqınla heç bir əlaqəsi yoxdur. "Rusiya Qvardiyası bu hadisələrdə iştirak etməyib", - onun Telegram-dakı yazısında deyilir.

Çeçenistan rəhbəri Ramzan Kadırov ibadət otağında keçirilən reydi “təxribat” adlandırıb və Dövlət Dumasının deputatı Adam Delimxanova bu problemlə məşğul olmağı tapşırıb.

Kadırov Telegram-da yazıb: “Mən hüquq-mühafizə orqanlarının əməkdaşlarının qeyri-peşəkar və qızışdırıcı hərəkətlərini millətlərarası sülhün möhkəm təməlini sarsıtmaq üçün arxa cəbhədəki təxribat kimi qiymətləndirirəm”.

Delimxanov Moskva vilayətinin qubernatoru Andrey Vorobyovla Kotelniki və Dzerjinskidə baş verənlərlə bağlı danışıb.

"Vəzifə təlimatlarına və qaydalara əməl olunmadan bu cür hərəkətlər daha çox quldur basqınına bənzəyir və ən azı rəsmi töhmətə layiqdir", - Kadırov müraciətində əlavə edib.

May ayında Kotelniki sakinləri Vladimir Putinə Mərkəzi Asiyadan miqrant axınının yaratdığı problemləri həll etmək xahişi ilə videomüraciət yazıblarr. Kollektiv şikayətdən sonra şəhərdə iki həftəlik reyd başlayıb.

Yoxlamaların nəticələrinə görə, ümumilikdə 1455 nəfər polisə gətirilib. Miqrantlar tərəfindən ictimai asayişin pozulması faktları üzrə 148 nəfər ölkədən deportasiya edilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR