Onlayn ictimai-siyasi qəzet
Onlarla miqrant Prjevloka çayında Belarus-Polşa sərhədini keçmək istəyərkən Polşa sərhədçilərinin patruluna hücum edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Polşa Sərhəd Xidməti məlumat yayıb.
“Bir neçə onlarla əcnəbidən ibarət qrup sərhəd çayı Prjevloka vasitəsilə Polşaya soxulub. Əcnəbilər özlərini aqressiv aparıblar: özlərinə yol açmaq üçün Polşa xidmətlərinə doğru ağac budaqları və daşlar atıblar”, - deyə idarənin saytında yerləşdirilən məlumatda deyilir.
Sərhəd Xidməti qeyd edir ki, hadisə mayın 6-da axşam saatlarında baş verib.
Miqrantların hansı ölkənin vətəndaşları olduqları açıqlanmır.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ