İnsanlara hürriyət, millətlərə istiqlal!

Minsk məhkəməsi Nobel mükafatı laureatına 10 il iş verdi

Minsk məhkəməsi hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Ales Belyatskini 10 il müddətinə azadlıqdan məhrum edib.

AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məhkəmə iş üzrə digər təqsirləndirilən şəxsləri də cəzalandırıb. Valentin Stefanoviç 9, Vladimir Labkoviç 7, Dmitri Solovyov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar həmçinin 111 min belarus rublu məbləğində cərimə olunublar.

Xatırladaq ki, qeydiyyatdan keçməyən “Vesna” hüquq müdafiə mərkəzinin rəhbəri Belyatskinin məhkəməsi yanvarın əvvəlində başlayıb. Müstəntiqlərin fikrincə, Belyatski və onun həmkarları Litvadakı müxtəlif strukturlardan, fondlardan bank hesablarına daxil olan pulları nağdlaşdırıblar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR