Onlayn ictimai-siyasi qəzet
Mingəçevirdə iki nəfər bir-birini bıçaqlayıb.
Musavat.com xəbər verir ki, avqustun 2-də saat 22 radələrində 40 yaşlı Fariz Səmədov aralarında yaranmış mübahisə zamanı 1987-ci il təvəllüdlü Ceyhun Mirzəyevi bıçaqlayıb.
C.Mirzəyev də F.Səmədovun bel nahiyəsinə kəsici alətlə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə F.Səmədov saxlanılıb, digər şəxs isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ