İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyarder "oğrubaşı"nın oldürülməsi araşdırılacaq – Prezidentin tapşırığı

Qırğızıstan prezidenti Sadır Japarov “oğrubaşı” Kamçi Kolbayevin məhv edilməsi ilə bağlı araşdırma aparılmasına dair göstəriş verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, prezident xüsusi əməliyyat barədə internetdən öyrəndiyini deyib.

Sadır Japarov qeyd edib ki, baş verənlərdən xəbər tutan kimi dərhal baş prokuror Kurmankul Zuluşevə zəng edib.

“Mən də hamı kimi ilk məlumatları internetdə və mediada gördüm. Dərhal baş prokurora zəng etdim. Ona dedim ki, hərbi prokuroru da özünlə apar, mənə dəqiq məlumat ver. O, hadisə yerinə getdi və mənə zəng edərək, dedi ki, atışma olub, ölənlər və yaralananlar var”, - deyə Japarov “Kabar” agentliyinə müsahibəsində bildirib.

Qırğızıstan prezidenti qeyd edib ki, əməliyyatın qanuni və ya qanunsuzluğunun araşdırılması üçün iş hərbi prokurorluğa verilib.

“Hazırda araşdırma aparılır. Nəticəni gözləyək”, - deyə Sadır Japarov əlavə edib.

Xatırladaq ki, oktyabrın 4-də Bişkekdə kriminal avtoritet Kamçı Kolbayev xüsusi əməliyyat zamanı məhv edilib. Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat mərkəzi silahlı müqavimət göstərən mütəşəkkil cinayətkar dəstənin rəhbərinin saxlanılaraq öldürüldüyü barədə məlumat yayıb. Milli Təhlükəsizlik Dövlət Komitəsinin məlumatına görə, cinayət rəhbəri dollar milyarder olub, ölkədə yüzlərlə mənzilə və dəbdəbəli malikanələrə malik idi.

Qırğızıstanda Kamçı Kolbayevin ölümündən sonra üç kriminal avtoritet dərhal “oğru” statusundan imtina edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR