İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdəki büdcə müzakirələrində 50 deputat çıxış etdi

Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə, iki gün davam edən Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda başa çatdı.

Spiker Sahibə Qafarova bildirdi ki, çıxış etmək üçün yazılan 50 deputatın hər birinə imkan yaradıldığını bildirdi. Hətta bir gün əvvəl texniki səbəblərdən adı çıxışçıların sırasında yer almayan deputatlara da söz verdi və onlar büdcə zərfi ilə bağlı fikirlərini çatdırdılar, seçicilərinin problemləri barədə hökumətə müraciət ünvanladılar.

Bundan sonra büdcə layihəsi ilk oxunuşda səsə qoyuldu və qəbul edildi.

Qeyd edək ki, adətən, büdcə müzakirələrində çıxış üçün yazılan deputatların bir hissəsi, yaxud yarıdan çoxu çıxış etdikdən sonra səsvermə keçirilirdisə, bu dəfə hamıya bu imkan yaradıldı.

 

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR