İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Dövlətçilik Şurasının təsis toplantısının vaxtı dəyişdi 

Güney Azərbaycan Milli Dövlətçilik Şurasının 30 apreldə keçirilməsi nəzərdə tutulan onlayn təsis toplantısı 7 mayda baş tutacaq.

Musavat.com-un xəbərinə görə, bu barədə Güney Azərbaycan Milli Dövlətçilik Şurasının Təşəbbüs qrupu məlumat yayıb. 

Məlumata əsasən, toplantı tarixinin dəyişdirilməsi aprelin 29-da İstanbulda keçirilməsi nəzərdə tutulan Uluslararası Güney Azərbaycan Türklərinin III Forumu ilə əlaqəlidir.

"Biz Güney Azərbaycan Milli Dövlətçilik Şurasının Təşəbbüs qrupu olaraq Forumun təşkilatçı və iştirakçılarına başarılar diləyirik, onların bu təşəbbüsünü alqışlayırıq", - deyə məlumatda bildirilir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR