İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Aviasiya Akademiyası Məhkəmə-Hüquq Şurası ilə memorandum imzaladı

Məhkəmə-Hüquq Şurası ilə Milli Aviasiya Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Musavat.com xəbər verir ki, Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov arasında görüş keçirilib.

Görüşdə ikitərəfli əlaqələr yüksək qiymətləndirilib, 20-yə yaxın hakimin MAA-da pedaqoji fəaliyyətə cəlb edilməsi, 11 hakimin isə Akademiyanın məzunu olması vurğulanıb. Eyni zamanda MAA nəzdində yaradılmış hüquq sahələri üzrə Dissertasiya şurası çərçivəsində Ali Məhkəmədən ekspert rəylərinin alınması istiqamətində də məsələlər müzakirə olunub.

Memoranduma əsasən, hüquqşünaslıq ixtisası üzrə təhsilalanların Şuranın struktur bölmələrində təcrübə keçməsi, tədrisdə hakimlərin iştirakı, birgə ölkə əhəmiyyətli və beynəlxalq elmi konfrans, dəyirmi masa, seminar, təlim kursları, görüş və simulyasiyaların, tədris-metodiki vəsait və nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətində daha çox rast gəlinən problemlərin həlli məqsədilə elmi-praktik araşdırmaların aparılması nəzərdə tutulur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR