İnsanlara hürriyət, millətlərə istiqlal!

Miçel “Barselona”da Xavini əvəz edə bilər

İspaniya La Liqasının ortabab komandalarından olan "Jirona"nın baş məşqçisi Anxel Miçel "Barselona"nın baş məşqçisi postuna əsas namizəddir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi artıq Mişelin agenti ilə azı üç görüş keçirib.

Bildirilir ki, böyük ehtimalla gələn mövsüm "Barselona"nın yeni baş məşqçisi "Jirona"nın hazırkı məşqçisi olacaq.

İspaniya çempionatının 16 turundan sonra "Jirona" 41 xalla birinci yerdədir. “Barselona” 7 xal geridə olmaqla üçüncüdür.

Xavi 2021-ci ildə Kataloniya klubuna başçılıq edir və dörd mövsümlük müqavilə imzalayıb. Komanda ötən mövsüm ölkə çempionu olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR