Onlayn ictimai-siyasi qəzet
Milliyyətçi Hərəkat Partiyasının (MHP) Kütahya millət vəkili Ahmet Erbaş Azərbaycan Respublikası Milli Məclisinin 106-cı ildönümü münasibətilə Şuşa şəhərinə səfər edib.
O, Türkiyə Cümhuriyyəti olaraq ilk dəfə geniş tərkibli millət vəkilləri qrupu ilə Şuşa, Xankəndi və Füzulini ziyarət etdiklərini bildirib.
Erbaş qeyd edib ki, uzun illər erməni işğalı altında olan Şuşaya azərbaycanlı qardaşlarımızla birlikdə gəldik və burada aparılan abadlıq işlərini, yolları və binaları gördük. Həqiqətən, üç il ərzində burada inanılmaz gözəllikdə işlər görülməyə başlanıb.
Uzun illər işğal altında olmuş Füzulidəki yeni inşa olunan hava limanına eniş etdiklərini və oradan Şuşaya keçdiklərini bildirən Erbaş, Şuşanın dağların zirvəsində yerləşən Azərbaycanın ən önəmli bölgələrindən biri olduğunu vurğulayıb. O, Azərbaycanın bir çox sənətçisinin ya burada doğulduğunu, ya da yolunun buradan keçdiyini qeyd edib.
AK Parti Ankara millət vəkili Fuat Oktay ilə birlikdə Bülbülün evini də ziyarət edən Ahmet Erbaşı 14 il mədəniyyət naziri olmuş Polad Bülbüloğlu müşayiət edib.
Musavat.com bildirir ki, Azərbaycan parlamentinin ildönümü münasibətilə Türkiyə Böyük Millət Məclisinin üzvü olan 60 deputat Azərbaycanı ziyarətə gəlib. Hazırda bu nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında, azərbaycanlı həmkarları ilə birlikdə ziyarətdədirlər.
Musavat.com həmin ziyarətdən bəzi fotoları təqdim edir:
Musavat.com
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ