İnsanlara hürriyət, millətlərə istiqlal!

Məzahir Pənahov bu məsələyə aydınlıq gətirdi

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçicilərin şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı məsələyə aydınlıq gətirib.

Məlumata görə, o, komissiyanın bu gün keçirilən iclasında deyib ki, şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti sənədin üzərində qeyd olunur.

M.Pənahov bildirib ki, səsvermə üçün əsas olan şəxsiyyət vəsiqəsinin etibarlılığıdır:

"Yeni nəsil şəxsiyyət vəsiqələrində də bu var. Hazırladığımız bildiriş formalarında da köhnə nəsil şəxsiyyət vəsiqələrinə uyğun olaraq verilmə tarixi də tələb edilir. Əvvəl şəxsiyyət vəsiqəsinin verilmə tarixi sənədin etibarlı olub-olmaması üçün lazım idi. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə artıq etibarlılıq müddəti göstərilir. Yəni bunu düzgün izah etmək lazımdır. Yoxsa, buna görə vətəndaş məhkəməyə müraciət edə bilər. Müxtəlif istiqamətlərdə maarifləndirmə işlərinə başlanılıb".//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR