Onlayn ictimai-siyasi qəzet
Tibbi ekspertlər Beyrutun cənub kənarında uçulmuş evin dağıntıları altından çıxarılan "Hizbullah" təşkilatının baş katibi Həsən Nəsrullahın cəsədində heç bir yara izi tapmayıblar.
Bu barədə "Al Nahar" qəzeti paytaxtdakı xəstəxanalardan birində aparılan tibbi müayinənin nəticələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ekspertlər Nəsrullahın partlayış zamanı baş və gövdə nahiyəsindən aldığı küt zədə nəticəsində öldüyü qənaətinə gəliblər.
Qeyd edək ki, sentyabrın 27-də dünyasını dəyişən şiə siyasətçi 32 il "Hizbullah"a rəhbərlik edib.//Oxu.az
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ