İnsanlara hürriyət, millətlərə istiqlal!

Metyu Miller: Azərbaycanla Ermənistan çətin kompromislərə getməlidir

Biz həmişə demişik ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə oluna bilməsi üçün hər iki tərəf çətin kompromislərə getməlidir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə bildirib.

“Biz sülh sazişindən danışmağa, sülh razılaşmasının əldə olunacağına inanmaqda davam edirik. Lakin biz həmişə demişik ki, buna nail olmaq üçün hər iki tərəf çətin kompromislərə getməlidir və buna görə də cənab Blinken həm Ermənistanı, həm də Azərbaycanı güzəştə getməyə təşviq etmək üçün fəaliyyətini davam etdirir”,-deyə ABŞ rəsmisi qeyd edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR