Onlayn ictimai-siyasi qəzet
Latviyanın xarici işlər naziri Bayba Braje Avropa İttifaqı ölkələrini Rusiya vətəndaşlarına vizaların verilməsini dayandırmağa çağırıb.
Musavat.com xəbər verir ki, O, bu çağırışını təhlükəsizlik səbəbləri ilə əsaslandırıb.
Nazir “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, 2024-cü ildə Rusiya pasportu olan şəxslərə verilən Şengen vizalarının sayı ötən illə müqayisədə 25% artıb. Bu barədə məlumat Shengen News portalında yer alıb.
Latviyalı nazir artımın fonunda təhlükəsizlik risklərinin daha da aktuallaşdığını vurğulayaraq, Avropa ölkələrini bu məsələni ciddi şəkildə nəzərdən keçirməyə çağırıb.
Musavat.com
28 May 2025
27 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ