İnsanlara hürriyət, millətlərə istiqlal!

Metyu Brayza: “Azərbaycan - İran gərginliyi həyəcan siqnalı çalınacaq səviyyədədir”

“Keçmişə baxanda indiki situasiya həyəcan siqnalı çalınacaq səviyyədə görünür. Azərbaycanla İran arasındakı hazırki gərginlik ciddidir”.

Musavat.com xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri, Birləşmiş Ştatların ölkəmizdəki keçmiş səfiri Metyu Brayza Azərbaycan İran arasındakı son durumu şərh edərkən deyib.

Metyu Brayza deyir ki, İran sərhədə qoşun yığmaqla Azərbaycan xalqını qorxutmaq istəyir: “İran bununla demək istəyir ki, İkinci Qarabağ müharibəsindəki qələbənizdən ruhlanmayın. Həm də irandakı etnik azərbaycanlıları da qorxutmaq istəyir”.

Azərbaycan parlamentinin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cinayətində İranın rolunun olması barədə iddialara gəlincə, amerikalı diplomat deyir ki, bu versiya təsdiqini taparsa, gərginlik artacaq: “İranın bu qəsdin arxasında olub-olmamasını deyə bilmərəm. Lakin bu təsdiqlənərsə, gərginlik dramatik şəkildə artacaq və son dərəcə ciddi təxribatlar olacaq”.

“İran təhlükəsinə qarşı ABŞ Azərbaycan üçün nə edə bilər” sualına Brayza belə cavab verib: “ABŞ hansısa xüsusi kömək edərmi, bu, inandırıcı deyil. Yəni, ABŞ borclu deyil ki, hansısa ölkəni İrandan qorusun. Amma Azərbaycan hökuməti istəyərsə, İran təhlülkəsinə qarşı Birləşmiş Ştatlarla işbirliyi qura bilər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR