İnsanlara hürriyət, millətlərə istiqlal!

Metronun "28 May" stansiyasının qarşısı tanınmaz dərəcədə dəyişəcək - RƏSMİ

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində aparılan geniş miqyaslı abadlıq quruculuq işləri çərçivəsində ümumi sahəsi 3,5 ha olan ərazidə metronun “28 May” stansiyasının və Dəmir yol vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.

Musavat.com xəbər verir ki, BŞİH-dən verilən xəbərə görə, xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaqdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR