İnsanlara hürriyət, millətlərə istiqlal!

Metroda yenə problem yarandı - Sərnişinlər düşürüldü - RƏSMİ AÇIQLAMA

"Hadisə gur saatda olub. İki xəttin yalnız bir elektrik deposu var. Buna görə əvəzinə qatar yalnız "Nərimanov" elektrik deposundan verilir".

Musavat.com xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bu səbəbdən həmin qatar "Dərnəgül"ə qədər hərəkət edib geri qayıdana qədər intervalı azaltmaq mümkün olmur:

"Bu an üçün əsl və yeganə səbəb budur. Gur saatda bir qatarın xətdən çıxarılması məcburiyyəti yetərlidir ki, sıxlıq ifrat həddə yaxın olsun".

***

"Azadlıq prospekti" stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb.

Bu barədə Musavat.com-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Belə ki, maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz "Memar Əcəmi" stansiyasına yola salınıb:

"Dərhal əvəzinə qatar verilib. Nəticədə, "28 May" stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR