İnsanlara hürriyət, millətlərə istiqlal!

Metroda ən çox və ən az bu stansiyalardan istifadə olunur- RƏSMİ

"Gündəlik olaraq ən çox sərnişin qəbul edən "28 May" stansiyasıdır. Ona ən yaxın stansiya isə "Koroğlu"dur".

Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, əvvəllər "28 May" stansiyası qeyd-şərtsiz rekord sayda sərnişin qəbul edirdisə, hazırda "Koroğlu" bu stansiyaya sərnişindaşıma potensialı ilə çox yaxınlaşıb.

Metropoliten rəsmisi əlavə edib ki, ən az sərnişin daşıyan stansiyaların adları da məlumdur: "Bunlar "Dərnəgül", "Ulduz", "Bakmil" və bənövşəyi xəttin "Memar Əcəmi" stansiyalarıdır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR