Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və qurumun Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı martın 6-da “Teleqraf” Media Qrupun ofisində olublar.
Qonaqlar qrupa daxil olan “Teleqraf” İnformasiya Agentliyi, Axar.az və Publika.az xəbər portallarının kollektivləri ilə görüşüb, jurnalistlər üçün yaradılan iş şəraiti ilə tanış olublar.
R.Məcid “Teleqraf” İnformasiya Agentliyi və Publika.az portalının yaradılmasının 13 illiyi münasibətilə hər iki media qurumunun kollektivini təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.
Mətbuat Şurasının sədri, eyni zamanda, bu günlərdə yubileyini qeyd edən Aynur Camalqızını təbrik edərək, gələcək fəaliyyətində nailiyyətlər diləyib.
“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı qonaqları salamlayaraq, media qrupun fəaliyyəti barədə məlumat verib, yaradıcı heyətin əməyini yüksək qiymətləndirdiklərinə görə təşəkkürünü bildirib.
R.Məcid isə əliboş gəlmədiyini söyləyib və A.Camalqızına Mətbuat Şurasının diplomunu təqdim edib.
Sonda xatirə fotosu çəkilib.
07 Mart 2025
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ