İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mətanətin nəvələridirlər, niyə süpürgəçi işləyib onları saxlamalıyam?"

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana onun iddialarına cavab verib.

Axşam.az xəbər verir ki, "Tarixin bir günü" proqramına qatılan Canana uşaqlarını atasının yanına qoymasından danışıb. O bildirib ki, uşaqlarını imkansızlıq ucbatından götürə bilmir.

Canana sosial şəbəkədə yazılan tənqidlərə "Mənə yazırlar ki, get, süpürgəçi işlə, uşaqlarını saxla. Niyə? Mətanət İsgəndərlinin nəvələridir, niyə süpürgəçi içləyib, onları saxlayım? İmkanlı ailədə dünyaya gəliblər. Ev də var, hər şey də" cavabını verib.

Canana bildirib ki, bundan əvvəl M.İsgəndərlinin ona verəcəyi mülklərdən imtina edib. Amma o, fikirlərindən daşınıb və hazırda iddia qaldıraraq keçmiş həyat yoldaşı Kərimdən mülk almaq üçün məhkəməyə müraciət etdiyini açıqlayıb:

"Biz ailəli olanda adımda dörd maşın var idi. Kərimin adındakı maşınlar bir gündə adından çıxarıldı. Mən iddia qaldırıb, pay istəyə bilərəm. Vəkillə danışmışam. Getdim imza atıb, imtina etmə fikrimi geri götürdüm".

Canana M.İsgəndərliyə görə iş tapa bilmədiyini bildirib:

"Adi restorana getdim ki, iş tapım, oxuyum. Dedilər, Mətanət İsgəndərliyə görə götürə bilmərik".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR