İnsanlara hürriyət, millətlərə istiqlal!

Mətanətin keçmiş gəlini onu tərifləməkdən doymadı - Tolik şoka düşdü + VİDEO

"Tarixin bir günü" verilişində qonaq olan müğənni Canana keçmiş qayınanası, Əməkdar artist Mətanət İsgəndərli haqqında xoş sözlər söyləyib.  

Musavat.com Yenisabah.az-a istinadla xəbər verir ki, Canana keçmiş qayınanasının ona analıq etdiyini vurğulayıb və hər zaman qarşılıqlı hörmət gördüklərini bildirib:

“O ailənin neçə illik qızı olmuşam. Mətanət xanım onda dedi ki, halal olsun, mən edə bilmədiklərimi sən etdin. Hər şeyi özüm etmişəm. Mən Mətanət xanımın ayaqqabısını belə geyindirmişəm. İndi də edərəm. Harada onu görsəm ayağa qalxmışam. Çay, su nə olsa onun üçün etmişəm və indi də edərəm. Anam rəhmətə gedib onun yanında böyümüşəm. O, mənə ana kimidir. Mən onu çox istəyirəm”. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR