Onlayn ictimai-siyasi qəzet
Özbəkistanda müxalifət partiyaları qanun layihələrinə düzəlişlər edə və Ali Məclisin Qanunvericilik Palatasının komitələrində rəhbər vəzifələr tuta biləcəklər.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, müvafiq qanun respublika Senatı tərəfindən təsdiqlənib.
Müxalifət partiyaları parlamentdə ikinci oxunuşdan əvvəl də qanun layihələri və onlara düzəlişlərlə bağlı öz variantlarını təklif edə biləcəklər.
Bundan əlavə, onlara aşağı palatada komitə sədri və iki sədr müavini vəzifəsi tutmağa icazə verilir.
Müxalifət də rübdə bir dəfə parlamentə rəsmi sorğu göndərə və “hökumət saatı”nda mövzuları müzakirəyə çıxara biləcək.
Qanunun müəllifləri qeyd edirlər ki, onu yaradan zaman 20 ölkənin, o cümlədən Qazaxıstan, Ermənistan, Gürcüstan, Böyük Britaniya, Malayziya və Portuqaliyanın təcrübəsini öyrəniblər.
2025-ci ilin mayında Özbəkistan Xalq Demokratik Partiyası parlament müxalifəti statusuna keçdiyini rəsmən elan edib. Bu qərar partiyanın hökumət proqramının bəzi sahələri ilə razılaşmaması səbəbindən qəbul edilib.
Bu bəyanat Liberal Demokrat Partiyası və Milli Dirçəliş Partiyasının birgə “Tərəqqi bloku yaratmaq barədə razılığa gəlməsindən sonra verilib. Yeni alyans 93 deputatı birləşdirib və bu, ona parlamentin aşağı palatasında parlament çoxluğunu formalaşdırmağa imkan verib.
Musavat.com
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ