İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı

ABŞ prezidenti Co Bayden Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın dərinliklərinə zərbələr endirmək səlahiyyəti verərək “qeyri-konstitusion müharibə aktı” törədib və impiçment elan edilməlidir.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Kentukki ştatından olan üzvü Tomas Messi (Thomas Massie) X sosial hesabında yazıb.

“Uzaq mənzilli raketlərin Rusiyaya hücum etməsinə icazə verməklə, Bayden bütün ABŞ vətəndaşlarının həyatını riskə atan konstitusiyaya zidd müharibə aktı törədir”, - deyə konqresmen yazıb.

Messi Baydenin qərarının “cinayət” olduğunu vurğulayıb. O, həmçinin Amerika liderini “dərin dövlətin kuklası” adlandırıb ki, bu da uzun illər öz mövqelərini tutan bir dəstə bürokrat və siyasətçilərə aiddir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR