İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur yazıçı Fransada SAXLANILDI

Məşhur fransız yazıçısı Frederik Beqbeder Fransanın cənubundakı Po şəhərinin polis bölməsində bir neçə saat saxlanılıb.

Musavat.com “France Bleu” nəşrinə istinadən xəbər verir ki, yazıçı zorlama işi ilə bağlı səhər saat 9 radələrində istintaqa çağırılıb.

Qeyd olunub ki, günün sonuna qədər o, polis bölməsindən buraxılıb.

Məlumatı prokurorluq da təsdiqləyib.

“İndiki mərhələdə ibtidai istintaq müəyyən prosedurları həyata keçirməyə davam etməlidir”, - deyən prokuror Frederik Beqbederin günahsız hesab edildiyini qeyd edib.

Bildirilib ki, yazıçıya qarşı şikayət 23 iyul 2023-cü ildə gənc qadın tərəfindən verilib. Frederik Beqbeder müsahibəsi zamanı bu iddianı rədd edib.

Məlumata görə, iddia edilən hadisələr otel otağında baş verib.

Qeyd edək ki, Frederik Beqbeder fransız nasir, publisist, ədəbiyyatşünas, aktyordur. Onun ən məşhur əsərləri arasında “Ağılsız gəncin xatirələri”, “Komadakı bayramlar”, “Məhəbbət üç il yaşayır”, “Romantik eqoist”, “99 frank” kimi romanları qeyd etmək olar.

2009-cu ildə “Fransız romanı” kitabına görə o, Fransanın ən mühüm ədəbi mükafatlarından biri sayılan “Renaudo” mükafatına layiq görülüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR