İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur şadlıq sarayı bağlanmayıb: "Təmir olunur" - AÇIQLAMA - YENİLƏNİB

Bakıda fəaliyyət göstərən İnci Şadlıq Sarayı təmirə bağlanıb.

Bu barədə Musavat.com-a şadlıq sarayından məlumat verilib.

Qeyd olunub ki, şadlıq sarayın aid olduğu MMC ilə bağlı müəyyən hüquqi prosedurlar icra olunub. Şadlıq sarayının bağlanmasından isə söhbət getmir.

"Şadlıq sarayında hazırda təmir işlər aparılır. Ən geci dekabrın 20-ə qədər təmir tam yekunlaşacaq, şadlıq sarayı daha gözəl görkəm alacaq. Təmirdən sonra restoran tam fəaliyyətə başlayacaq. Artıq Yeni İl proqaramı da hazırlanıb", - deyə məlumatda qeyd olunub.

****

Bakıda fəaliyyət göstərən İnci Şadlıq Sarayı bağlanır.

2009-cu ildən fəaliyyət göstərən şadlıq sarayı elə həmin ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şadlıq sarayının qanuni təmsilçisi Orucov Cavid Nizami oğludur./Gundem.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR