İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur rusiyalı milyarder bu ölkədə SAXLANILDI

Rusiyalı milyarder Aleksey Kuzmiçev Fransada saxlanılıb.

Musavat.com “Le Monde” qəzetinə istinadən xəbər verir ki, Milli Maliyyə Prokurorluğu milyarderin Parisdəki evində və Sen-Tropedəki villasında axtarışlar aparıb.

Məlumata görə, Kuzmiçev Rusiyanın ən nüfuzlu iş adamlarından biridir. O, Ukrayna hadisələri ilə bağlı Aİ-nin sanksiya siyahısına daxil edilib.

Prokurorluqdan bildirilib ki, Kuzmiçevə qarşı vergi fırıldaqları, eləcə də digər qanun pozuntuları, o cümlədən sanksiyaların pozulması ilə bağlı şübhələrə görə ittiham irəli sürülür.

Kuzmiçevin yaxınları məlumatla bağlı hələlik heç bir şərh verməyib.

Qeyd edək ki, "Alfa Group"un həmtəsisçisi Aleksey Kuzmiçev Fransada çirkli pulların yuyulması və sanksiya qanunvericiliyinin pozulması işi çərçivəsində saxlanılıb. Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları külli miqdarda pul tapıblar. Kuzmiçev 2022-ci il martın 15-də Aİ-nin sanksiyalar siyahısına daxil edilib. Həmin vaxt o, Fransada yaşayırdı. Daha sonra dünyanın bir sıra digər ölkələri də oliqarxa qarşı sanksiyalar tətbiq edib. ABŞ milyarderi 16 avqust 2023-cü ildə qara siyahıya salıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR