İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur professordan zəlzələ ilə bağlı XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, noyabrın 29-u, saat 22:13-də Antalyanın Qazipaşa rayonu yaxınlığında, dənizdə 4.8 bal gücündə zəlzələ qeydə alınıb. 

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Kandilli Rəsədxanası isə zəlzələnin Aralıq dənizində baş verdiyini və 5.2 bal gücündə olduğunu açıqlayıb. Avropa-Aralıq Dənizi Seysmologiya Mərkəzi (EMSC) də zəlzələni 4.8 bal olaraq qeyd edib və onun mərkəzinin Kiprdə yerləşdiyini bildirib.

Türkiyənin tanınmış zəlzələ mütəxəssislərindən olan professor Naci Görür Antalyada baş verən zəlzələ ilə bağlı açıqlamalar verib.

NACİ SON.jpg (179 KB)

O, bu barədə öz sosial media hesabında paylaşım edib, bir daha zəlzələyə davamlı şəhərlər inşa edilməsinin vacibliyini vurğulayıb.

"Getdiyim yerlərdə mütləq zəlzələ olacaq və ya müəyyən bir zamanda olacaq demirəm, çünki bunu bilmirik. Ancaq zəlzələ gözlədiyimiz yerləri açıqlayırıq. Amma deyirəm ki, nə vaxtsa və necə olursa olsun, az və ya çox təbii fəlakətlə üzləşəcəyik. Gəlin, şəhərlərimizi fəlakətlərə davamlı hala gətirək və bunu tələb edək", - Naci Görür qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR