Onlayn ictimai-siyasi qəzet
Mediada daim qalmaqalları ilə gündəmə gələn məşhur amerikalı müğənni Puff Diddinin hotel dəhlizində keçmiş sevgilisini döydüyü anların təhlükəsizlik kamerası tərəfindən lentə alınan görüntüləri ortaya çıxıb.
Müğənninin görüntülərə görə hotelə 50 min dollar ödəməyi təklif etdiyi bildirilib.
P.Diddi kimi tanınan məşhur amerikalı müğənni Şon Kombsun 2016-cı ildə o vaxtkı sevgilisi Kessiyə qarşı zorakılıq tətbiq edib. Kadrlarda Kombsun oteldə Kessini qovduğu, onu yerə yıxdığı və təpiklədiyi görünüb.
Otelin dəhlizində yarıçılpaq qaçan müğənni liftə minmək istəyən Kessini tutaraq yerə yıxıb. Daha sonra yerdə uzanan qadını təpikləməyə başlayan müğənni gənc qadını tutaraq otağa sürükləyib.
Kessi keçən il Kombsa qarşı zorlama və bir sıra başqa cinayətlər iddiası ilə iddia qaldırmışdı. Bununla belə, hər ikisi noyabrda açıqlanmayan bir məbləğ üçün məhkəmədən imtina edib. Şiddətli görüntülərin yayılmasının qarşısını almaq üçün məşhur müğənninin otelə 50 min dollar ödəməyi təklif etdiyi bildirilib. Ortaya çıxan bu görüntülərlə uzun müddətdir birlikdə olan cütlük yenidən gündəmə gəlib. (Axşam.az)
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ