İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni Ukraynaya görə Moskvadan deportasiya olunur

Məşhur rus və özbək müğənnisi Nərgiz Zakirova Moskvanın Domodedovo hava limanında saxlanılıb. O, Daşkənddən gəlirmiş.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, müğənni deportasiya oluna bilər.

Zakirovanın menecerləri onun saxlanması ilə bağlı vəziyyəti hələlik şərh etməyiblər.

Xatırladaq ki, yerli media Nərgizin bu ilin aprelində Ukraynadakı müharibəyə görə Özbəkistana getdiyini yazırdı. Müğənni isə öz evində ailəsi ilə vaxt keçirdiyini, həmçinin yaradıcı layihələrlə məşğul olduğunu etiraf edib.

Qeyd edək ki, Nərgiz Zakirova Özbəkistanın estrada musiqisini bütün postsovet məkanında tanıdıb sevdirən Batır və Fərrux Zakirovların bacısı qızı, Özbəkistanın xalq artisti Luiza Zakirovanın qızıdır. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR