Onlayn ictimai-siyasi qəzet
Bir müddət əvvəl verdiyi müsahibədə uşaq sahibi olmaq arzusunu açıqlayan türkiyəli məşhur müğənni Zeynep Bastık bu arzusunu bir daha dilə gətirib.
Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
“Gənc və enerjili olanda ana olmaq istəyirəm. Uşaq istədiyimiz bir vaxtda evlənmək istəyirəm. Həyatını doğru zamanda doğru insanla bağlamaq fikri romantik hesab etdiyim bir fikirdir. Amma mən nikahın zəruri və ya məcburi olduğunu düşünmürəm. Evlilikdən qorxum yoxdur. Evlilik sevgini öldürə də bilər, öldürməyə də bilər", - müğənni deyib.
Qeyd edək ki, Zeynep aktyor Serkay Tütüncü ilə sevgilidir.
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ